2018-ci ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 % azalaraq 943,3 min nəfər olub.
Ölkə vətəndaşlarının 31,6 %-i Gürcüstana, 27,2 %-i İrana, 21,8 %-i Rusiya Federasiyasına, 12,3 %-i Türkiyəyə, 1,8 %-i Ukraynaya, 1,5 %-i Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 %-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 69,9 %-i kişilər, 30,1 %-i isə qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,9 % artıb, Türkiyəyə gedənlərin sayı 21,6 %, Gürcüstana gedənlərin sayı 7,4 %, Rusiya Federasiyasına gedənlərin sayı 0,1 % azalıb.
Cari ilin yanvar-mart aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 79,7 %-i dəmir yolu və avtomobil, 19,4 %-i hava, 0,9 %-i isə su nəqliyyatından istifadə edib.