2017-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Gömrük orqanlarında 2017-ci ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 12 523.79 mln. dollar, ixracın dəyəri 7 223.01 mln. dollar, idxalın dəyəri isə 5 300.78 mln.dollar təşkil edib.
Qeyd edək ki, 2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi 9.24% , o cümlədən ixrac 12.6% , idxal isə 4.22% azalıb.
Beləliklə, cari ilin yanvar-avqust ayları ərzində xarici ticarət dövriyyəsində 1 922 mln. dollar həcmində müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 dəfə çoxdur.