2017-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 137 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 77 ölkəyə məhsul ixrac olunub, 132 ölkədən idxal olunub.
Gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayıb ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilib dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 3287,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2315,7 milyon dollar, idxalın dəyəri 972,0 milyon dollar təşkil edib, nəticədə 1343,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi real ifadədə 12,9 faiz, o cümlədən ixrac 13,5 faiz, idxal isə 11,8 faiz azalıb.
Ticarət dövriyyəsinin 42,9 faizi Avropa İttifaqı ölkələri, 11,2 faizi MDB üzvü dövlətləri, 45,9 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.
İxracın dəyərinin 25,6 faizi İtaliyaya, 7,5 faizi Çinə, 6,8 faizi İsrailə, 6,6 faizi Tayvana (Çinin əyaləti), 6,0 faizi Portuqaliyaya, 5,6 faizi Türkiyəyə, 4,7 faizi Almaniyaya, 4,5 faizi Fransaya, 4,4 faizi İspaniyaya, 4,3 faizi Çexiyaya, qalan 24,0 faizi isə digər ölkələrə göndərilıb məhsullar əsasında formalaşıb.
İdxal olunan məhsulların dəyərinin 19,1 faizi Rusiyanın, 15,1 faizi Türkiyənin, 10,9 faizi Çinin, 5,0 faizi Almaniyanın, 4,7 faizi ABŞ-ın, hər biri 4,0 faiz olmaqla İtaliya və Birləşıb Krallığın, 3,8 faizi Ukraynanın, 3,1 faizi İranın, 2,5 faizi Türkmənistanın, 2,4 faizi Braziliyanın, 25,4 faizi isə digər ölkələrin payına düşüb.
2017-ci ilin yanvar-fevral aylarında 176,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-fevral aylarına nisbətən real ifadədə 0,3 faiz çoxdur.