Xarici ticarət dövriyyəsi azalıb

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 10 522.05 mln. dollar, ixracın dəyəri 6 152.36 mln. dollar, idxalın dəyəri isə 4 369. 69 mln.dollar təşkil edib. Bunun nəticəsində 1 782.67 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyul  ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi 6.93% , o cümlədən ixrac 6.03% , idxal  isə 8.17% azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır