Xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb.

Belə ki, 2018-ci ilin mart ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 146 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

BBN.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin mart ayında xarici ticarət dövriyyəsi 5 546.14 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 3 355.03 milyon dollar, idxalın dəyəri 2 191.11 milyon dollar təşkil edib.

Nəticədə 1 163.92 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır