2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
2017-ci ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 14 321.54 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8 143.94 milyon dollar, idxalın dəyəri 6 177.60 milyon dollar təşkil edib, nəticədə 1 966.34 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7.92 %, o cümlədən ixrac 13.35 %, idxal 0.38 %, xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 39.4% azalıb.