Fiziki şəxslərin xarici valyutada yerləşdirdikləri əmanətlərin həcmi artıb.
BBN.az Mərkəzi Bankın statistik bülleteninə istinadən xəbər verir ki, 2018-ci ilin aprel ayı üzrə xarici valyutada olan əmanətlər 4993.5 mln. manat təşkil edib. Bu isə mart ayı ilə müqayisədə 87.4 mln. manat və ya 1.8% artım deməkdir.
Qeyd edək ki, əmanətlərin dollarlaşma əmsalı isə 63.4 % -ə enib. Mart ayında bu göstərici 64.1% idi.