Kommersiya bankların cəlb etdiyi depozitlər artıb. Belə ki, 2017-ci ilin mart ayının sonuna olan göstəriciyə əsasən, manatla olan depozitlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 919 mln. və ya 23.6 % artaraq 4 821.3 mln. manat təşkil edib .
Qeyd edək ki, xarici valyutada olan depozitlərin həcmi kəskin azalaraq 8901.1 mln. manata çatıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 791 mln. manat və ya 23.9 % azalma deməkdir.