Bank Respublikadan növbəti xeyriyyə aksiyasını həyata keçirib

Ramazan bayramı ərəfəsində “Bank Respublika”nın kollektivi “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti ilə birgənövbəti sosial aksiyasını həyata keçirib.

BBN.az xəbər verir ki, bu dəfə Bank Sahil qəsəbəsində yerləşən “Müşviq Əlil Uşaqlara Yardım İctimai Birliyi”nin nəzdində olan Bərpa və Sosioloji mərkəzdə müalicə alan uşaqları bayram münasibətilə təbrik edib və bank tərəfindən hazlırlanmış bayram sovqatları təqdim edib. Bankın və “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətin nümayəndələri görüşə qatılan 40 yaxın ailəni salamlayıb, onları qarşıdan gələn Ramazan Bayramı münasibətilə təbrik edib.

Layihənin həyata keçirilməsində əsas məqsəd mərkəzdə müalicə alan uşaqlara və ailələrə bayram sevincini yaşatmaq, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqların problemlərini cəmiyyətin diqqətinə çatdırmaq və bu problemlərin həllində cəmiyyətin dəstəyinə nail olmaqdan ibarət olub.

Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində Bank, bundan sonra da müxtəlif sosial tədbirlər və layihələr həyata keçirməyə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır