Xiaomi Mi 9-un təqdim olunacağı gün açıqlanıb

Xiaomi-nin maraqla gözlənilən modeli Xiaomi Mi 9 -un rəsmi  təqdim ediləcəyi gün açıqlanıb.

Açıqlamalara görə Mi 9, 20 Fevral 2019 tarixində keçiriləcək mərasimdə təqdim ediləcək.

Qeyd edək ki, 6,4 düymlü 1080 x 2220 pikselli AMOLED displey ilə Mi 9   Android 9.0 Pie versiyası ilə satışa çıxarılacaq. Modeldə  48 megapikselli + 12 megapikselli + 3D ToF dərinliyi sensoru ilə üçlü kamera quraşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır