Xırda pullar investisiyaya çevriləcək

Belçika kommersiya bankı KBC bank müştəriləri üçün mobil tətbiqetməsinə yeni özəllik əlavə edəcək.

Belə ki, yeni əlavə ediləcək özəllik müştəri tərəfindən aktivləşdirildiyi halda, bütün ödəmə tranzaksiyaları növbəti avroyadək yuvarlaqlaşdırılacaq və arada qalan məbləğ müştərinin KBC İnvestisiya Planına əlavə ediləcək. Nümunə olaraq, müştəri 3 avro 80 sentlik bir ödəmə tranzaksiyası həyata keçirdikdə, hesabdan 4 avro çıxılır və 20 sent yığılan məbləğə əlavə edilir. Məcmu məbləğ 10 avroya çatdıqda isə, bankın strateji fonduna yatırılır və müştəriyə uzun müddətdə qazanc gətirir.

Layihənin əsas müsbət cəhətləri kimi, kiçik məbləğdə yatırım etmək imkanı, yatırım üçün heç bir sənədləşmə işinin tələb edilməməsi və müştərinin istənilən vaxt sözügedən funksiyanı mobil tətbiqetmədə deaktivasiya edə bilməsidir.

Bankın baş meneceri Karin Van Hoecke açıqlamasında qeyd etmişdir ki, layihənin əsas məqsədi cəmiyyətə investisiya üçün elə də böyük məbləğ tələb olunmadığını göstərmək, insanları yeni yatırımlar etməyə təşviq etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır