XXII Dünya Neft Konqresinin iclası başlayıb

Iyulun 9-da XXII Dünya Neft Konqresinin plenar iclaslarına start verilib. Konqresdə ABŞ xarici işlər naziri Reks Tillersonla yanaşı Azərbayacan, Serbiya, Albaniya və Bolqarıstanın dövlət rəhbərləri iştirak edir.

Neft Konqresində “Bridges to our Energy Future” şüarı altında neft-qaz sektoruna investisiyalar, energetika sahəsində anlaşmalar müzakirə olunacaq. Konqres İstanbulda  “CNR Expo Center” sərgi salonunda keçiriləcək.

Qeyd edək ki, 3 ildən bir təşkil edilən Dünya Neft Kongresində 100 ölkənin təmsil ediləcəyi  və 20 mindən çox iştirakçının olacağı gözlənilir. Konqres iyulun 13-nə qədər davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır