ABŞ-ın ən böyük texnologiya şirkətlərindən olan Yahoo 2013-cü ildə 1 milyard istifadəçisinin hesabının “dövlət dəstəkli” hakerlər tərəfindən ələ keçirildiyini bildirilib.
Ələ keçirilən hesablarda müştərilərin məxfi məlumatları, e-mailləri, telefon nömrələri və bu kimi digər məlumatların yer aldığı, ancaq kredit kartı kimi maliyyə göstəricilərinin zərər görmədiyi bildirilib.
Qeyd edək ki, 2014-cü ildə 500 milyon istifadəçi hesabının oğurlandığı deyilib.
ABŞ-ın ən böyük telekomunikasiya firmalarından olan Verizon ötən iyul ayında Yahoo-nun əsas müəssisə orqanlarını 4,8 milyard dollara satın alma razılaşması həayata keçirib, ilk kiber hücum xəbərindən sonra razılığa yenidən baxılacağı məlum olub.
Yeni kiber hücum açıqlamasından sonra Yahoo-nun birjadakı hissələri 2,7%-ə qədər azalıb.