Bəzi mətbu orqanlarda Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələrinin 20-22 aprel 2017-ci il tarixində Yalta şəhərində keçirildiyi iddia edilən iqtisadi forumda iştirak etdiyi ilə bağlı yanlış xəbərlər yayılmışdır.
BBN.az-a ABA-dan daxil olan məlumatda, bu xəbərlərin tamamilə əsassız olduğu və ABA-nın heç bir nümayəndəsinin Yalta şəhərində nə 20-22 aprel 2017-ci il, nə də başqa bir tarixdə keçirilən hər hansı bir tədbirdə iştirak etmədiyi bildirilmişdir.