“Yandex-Money” çoxvalyutalı sistemə keçir

Rusiyanın ən böyük elektron ödəniş sistemi olan “Yandex-Money” istifadəçiləri üçün yeni xidmətlər istifadəyə verməyə hazırlaşır. Baza valyutası olan rus rublundan əlavə olaraq, elektron platforma öz istifadəçilərinə ABŞ dolları, avro, funt-sterlinq, Yaponiya yeni, Çin yuanı, İsveçrə frankı, Çexiya kronu, Polşa zlotu, Belarus rublu və Qazaxıstan təngəsindən istifadəyə imkan verəcək. Bununla da şirkət Rusiyanın 10 xarici valyutada ödənişə imkan verən ilk şirkətinə çevriləcək.

Hal-hazırda çoxvalyutalı sistem test mərhələsindədir və yalnız limitli sayda müştərilərin istifadəsinə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır