2017-ci ilin avqust ayı ərzində vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə ikitərəfli mesaj xidmətinin istifadəçilərinə 73304 SMS göndərilib.
8 ayda Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 38577 daxilolma qeydə alınıb.
Vergi ödəyicilərinə xidmət strukturlarında 28272 vətəndaş qəbul edilərək onlara 43019 sayda xidmət göstərilib. 2017-ci ilin 1 sentyabr tarixinə vergi ödəyicilərinə ümumilikdə 8906 sayda ASAN İmza sertifikatı verilib.
2017-ci ilin avqust ayı ərzində 7589 (1099 hüquqi şəxs, 6490 fiziki şəxs) qeydiyyatdan keçib.