Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə əlavə olaraq 2 173 nəfər işsiz və işaxtaran vətəndaşın münasib işlərlə təminatı həyata keçirilib.
Ümumilikdə cari ilin yanvar-iyul aylarında Xidmət tərəfindən 35 827 nəfər şəxsin peşə və ixtisaslarına, habelə əmək vərdişlərinə uyğun olaraq idarə, müəssisə və təşkilatlarda vakant iş yerlərində məşğulluğu təmin olunub. Onlardan 8 922 nəfəri qadınlar, qalanları kişilərdir. Həmçinin yanvar-iyul aylarında Xidmətin xətti ilə işlə təmin edilənlərin 11 121 nəfəri gənclər olub.