Yanvar-iyul aylarında bir ölkə sakini hər ay 141 manatlıq ərzaq məhsulları alıb

2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 % üstələyərək 19 milyard manata bərabər olub.

Ticarət dövriyyəsinin 9,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,2 % və 2,4 % üstələyib.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  279,2 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 140,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,6 manatlıq qeyri-ərzaq məhsulları  alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır