Yanvar-iyul aylarında Naxçıvanda ÜDM istehsalı artıb

Naxçıvan Muxtar Respublikasında 2017-ci ilin yanvar-iyul aylarında 1 milyard 458 milyon 392 300 manatlıq ümumi daxili məhsul istehsal olunub.

Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,7 % çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 5,2 % artaraq 3240,2 manata çatıb.

Qeyd edək ki, muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 604  952 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,2 % üstələyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır