Bu ilin ilk yarısında 21 milyon ton neft nəql edilib

Bu ilin 6 ayı ərzində magistral neft kəmərləri ilə 21052,7 min ton neft nəql edilib.

Nəqletmənin 78,3 %-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 16474,7 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə 3263 min ton tranzit nefti də nəql edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır