Yanvar-iyun aylarında əhaliyə 45,8 milyon manat müavinət ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1672,4 milyon manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 131,5 milyon manat və ya 8,5 % çoxdur. Vəsaitin 97,3 %-ni pensiya xərcləri təşkil edib.

2017-ci ilin altı ayı ərzində əhaliyə 45,8 milyon manat məbləğində müavinət ödənilib.

2017-ci il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1328,4 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,7 %-ni  təşkil edir.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 % artaraq 202,2 manat təşkil edib və orta aylıq əmək haqqının 38,7 %-nə bərabər olub.

2017-ci il iyulun 1-i vəziyyətinə 378 min nəfərə sosial müavinətlər təyin olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır