2017-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 6,9 % artaraq 522 manat təşkil edib.
Əmək haqqı neft sektorunda 3072,4 manat, qeyri-neft sektorunda 462,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 390,5 manat, özəl müəssisələrdə isə 709,1 manat olub.