Maliyyə Nazirliyinin məlumatına əsasən, 2017-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 7722,8 mln. manat daxil olub. Büdcədən xərclənən vəsait isə 8193,9 mln. manat təşkil edib.
2017-ci ilin altı ayında dövlət büdcəsində 471,1 mln. manat büdcə kəsiri yaranıb. Dövlət büdcəsinin kəsiri əsasən 2017-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülüb.