Yanvar-oktyabr aylarında 56481,5 mln. manatlıq ÜDM istehsal edilib

2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə 56481,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. ÜDM istehsalının 40,2 %-i sənayenin, 10,2 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8 %-i tikintinin, 6,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,8 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %-i informasiya və rabitə sahələrinin, 16,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 %-ni təşkil edib.

İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunan əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 % artıb, neft bölməsində isə 6 % azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 5806,7 manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır