Yanvar-oktyabr aylarında sərnişin daşınması 2,2 % artıb

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2017-ci ilin yanvar-oktyabr aylarında 185,9 milyon ton yük və 1612,7 milyon sərnişin daşınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,7 %, sərnişin daşınması isə 2,2 % artıb.

Yüklərin 63,9 %-i avtomobil, 26,1 %-i boru kəməri, 6,3 %-i dəmir yolu, 3,6 %-i dəniz, 0,1 %-i isə hava nəqliyyatı ilə daşınıb.

Sərnişinlərin 88,1 %-i avtomobil, 11,6 %-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır