Yanvar-sentyabr aylarında ÜDM istehsalı 0.6 % azalıb

2017-ci ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 50067,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 % az ümumi daxili məhsul istehsal edilib. BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,5% artıb, neft sektorunda isə 6,5% azalıb.

Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,6 % təşkil edib. Əlavə dəyərin 40,2 %-i  sənayedə, 10,4 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7 %-i tikinti, 6,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %-i informasiya və rabitə, 16,3 %-i isə digər sahələrdə istehsal olunub.

Qeyd edək ki, məhsula və idxala xalis vergilər ÜDM-in 7,4 %-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5149,4 manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır