Yapı Kredi Bank Azərbaycan Bakı Şoppinq Festivalına dəstək verir

15 oktyabr-15 noyabr tarixləri arasında paytaxtımızda Bakı Şoppinq Festivalı keçirilir. BBN.az banka istinadən xəbər verir ki, ikinci dəfə keçirilən Bakı Şoppinq Festivalında Yapı Kredi Bank Azərbaycan da ikinci dəfə müvəkkil banklardan biri seçilib.

Belə ki, ölkə vətəndaşları və şəhərimizin qonaqları müəyyən edilən alış-veriş nöqtələrində 100 manatdan artıq alış-verişlərin ƏDV-nin müəyyən qismini geri qaytara bilərlər. Bunun üçün, alış-veriş edənlərin təyin edilmiş vergi köşkünə yaxınlaşaraq müvafiq qəbzi aldıqdan sonra elə həmin gün Yapı Kredi Bank Azərbaycanın Səbail və Nərimanov filiallarına gəlmələri tələb edilir. Nağd əməliyyatlar üzrə ƏDV həmin gün, qeyri nağd əməliyyatlar üzrə isə 10 iş günündən gec olmayaraq müştərilərin hesablarına qaytarılacaq.

Qeyd edək ki ,  Yapı Kredi Bank Azərbaycan 18 oktyabr-15 noyabr tarixlərində Bakı Şoppinq Festivalı 2-də Worldcard-la alış-veriş edən müştərilərə xüsusi kampaniya təklif edir.  World-ə Üzv Şoppinq Festivalında iştirak edən mağazalarda Worldcard-la hissə-hissə alış-veriş edən müştərilər aldıqları məhsulun dəyərini 2 ay sonra ödəməyə başlayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır