“YapıKredi Bank” Rusiyadakı bankını satıb

Türkiyənin “YapıKredi Bank”ı Moskvadakı törəməsi olan “YapıKredi Bank Moscow”u satıb.

Bu barədə Bank İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) açıqlamasında bildirib.

Belə ki, “YapıKredi Bank Moscow” Rusiyanın “Expobank”ına 57.1 mln. ABŞ dollarına satılıb. Beləliklə, “YapıKredi Bank”  “YapıKredi Bank Moscow”da sahib olduğu 99.84% payının “Expobank”a 3.3 mlrd. rubla (57.1 mln. dollar) satılmasına qərar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır