YapıKredi Bank vakansiya elan edir

YapıKredi Bank Müxbir Bankçılıq və Fondların İdarəolunması Departamentinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya üzrə tələblər aşağıdakılardır:

  • İqtisadiyyat, Maliyyə, Mühəndislik, Mühasibat fakultələri üzrə ali təhsil.
  • Mükəmməl dərəcədə ingilis dili biliyi (müvafiq hesabatların ingilis dilində hazırlanması üçün) həmçinin Türk ve Rus dili bilikləri
  • Excel, Powerpoint, Access, Word ofis proqramları biliyi;
  • Tercihan Müxbir Bankçılıq və Fondların İdarəolunması üzrə bank sahəsində ən azı 1-3 il iş təcrübəsi.

Əsas iş funksiyaları:

  • Bankın öz müştəriləri və digər banklar ilə konvertasiya əməliyyatlarının aparılması; Daxili və xarici pul bazarında əməliyyatlar
  • Müxbir banklarla əlaqələr ve Müxbir hesablara nəzarət, yerli və  xarici Banklarda yeni hesabların açılması;
  • Qiymətli kağızlar üzrə əməliyyatlara, əsas və kupon ödəmələrinə nəzarət;
  • Müvafiq qurumlara hesabatların hazırlanıb göndərilməsi; Rəhbərlik tərəfindən tələb edilən digər hesabatların hazırlanması
  • Banklara ve maliyyə qurumlarina limit açılması üçün kredit təkliflərinin hazırlanması
  • Beynəlxalq ticarəti əməliyyatlarının (Qarantiya, Akkreditiv) icra edilməsi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır