Yapon ixracı 12 aydır ki geriləyir

Yaponiyada ixracat göstəricisi sentyabr ayında da geriləyib. Artıq 12 aydır ki, göstərici geriləməkdədir.

Bloombergin məlumatına əsasən, geriləmənin səbəbi yapon iyenasının bahalaşması və qlobal tələbin azalmasıdır.

Sentyabr ayında ixrac göstəricisi ötən ilin analoji dövrü ilə müqayisədə 6,9%, idxal isə 16,3% azalıb. Nəticədə ticarət saldosu  498.3 milyard iyena və ya 4.8 milyard dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır