Yaponiya rusiyalı iş adamları, mədəniyyət xadimləri və alimlər üçün vizanın müddətini 3 ildən 5 ilə uzadıb.
“Vizaya olan tələblərin azaldılması iki ölkə arasındakı ticarət əlaqələrini genişləndirəcək turizm üçün daha rahat şərait yaradacaq”-deyə, Yaponiyanın Xarici İşlər naziri bildirib.
Qeyd edək ki, Cənubi Afrikanın Xarici İşlər naziri Maite Nkoana-Mashabanenin sözlərinə görə CAR da Rusiya ilə viza münasibətlərini yenidən gözdən keçirəcək.