I yarım il üzrə 100 min nəfərdən çox vergi ödəyicisi qeydiyyatdan keçib

2017-ci ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş  121079 zəng cavablandırılıb. Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 1672040 SMS, o cümlədən ikitərəfli mesaj xidmətinin istifadəçilərinə isə 641952 SMS göndərilib.

Hesabat dövründə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 2756106 daxilolma qeydə alınıb.

2017-ci ilin 1 iyul tarixinə vergi ödəyicilərinə ümumilikdə 329176 sayda ASAN İmza sertifikatı verilib. Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən 293082 vergi ödəyicisi qəbul edilərək onlara 458513 sayda ünvanlı xidmət göstərilib.

2017-ci ilin yanvar-iyun ayları ərzində qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 103968 olub ki, bu da ötən ilin müvafiq dövründə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayından 2 dəfə çoxdur. Qeydiyyata alınmış təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 16000 olub, 8540 sayda NKA və 3415 sayda POS-terminal qeydiyyatdan keçirilib.

2017-ci ilin yanvar-iyun ayları ərzində 1595 vergi ödəyicisinə 3035 sayda  “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” təqdim edilib.

2017-ci ilin yanvar-iyun ayları ərzində təqdim edilməli vergi bəyannamələrinin 84,2%-i vaxtında, onlardan 95,4%-i elektron qaydada təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır