I yarım il üzrə 95 min hektardan artıq torpaq sahəsinin təyinatı dəyişdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların dövlət idarəedilməsi baxımından  bir sıra işlər görülüb. Belə ki, Komitə torpağın təyinatı dəyişdirilməklə onların əkin dövriyyəsinə cəlb olunmasını, torpaqların münbitliyinin qorunması və artırılması üçün kompleks tədbirlərin həyata keçirilməsini təmin edib. Nəticədə belə torpaq sahələri yenidən gəlir mənbəyinə çevrilir. 

Statistikaya əsasən 2017-ci ilin ilk 6 ayı ərzində 32 müraciət üzrə 95 min hektardan artıq torpaq sahəsinin təyinatı dəyişdirilib. Bundan 81 min 739 hektar torpaq sahəsində 19 Aqroparkın yaradılması və 13 min 680 hektar torpaq sahəsində isə 4 iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, həyata keçirilən tədbirlər aqrar sektorun inkişafına imkan verib. Ümumi Daxili Məhsulun həcmində qeyri-neft sektorunun payının artmasına şərait yaradıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır