“Yaşıl Kart” müqaviləsinin bağlanmasında 6 dəfə artım müşahidə olunub

Hesabat dövründə 12 927 Yaşıl Kart sığorta müqaviləsi bağlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 473% artım deməkdir.

Toplanan sığorta haqları 880 811 manat olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 211% artıqdır.

Bağlanan Yaşıl Kart müqavilələrinin 6998-i Türkiyə və İran İslam Respublikasına, 5613-ü Rusiya, Moldova və Ukrayna Respublikasına, 316-sı Yaşıl Kart sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır