Vergilər Nazirliyi tərəfindən keçirilən Yay Məktəbi davam edir

Dəyərli tələbə və gənclərimiz, Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən Şamaxı rayonunda təşkil edilən yay məktəbi davam edir.

Qeyd etmək istərdik ki, ARPA-nın üzvləri üçün bu təlimlərdə xüsusi endirimlər nəzərdə tutulub.

Yay məktəbində iştirak qiyməti 300 manatdır. (Qrup şəklində 5 nəfər və daha artıq müraciət edənlərə xüsusi güzəştlərimiz olacaq)

Qiymətə daxildir: ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
Praktiki mövzulara dair təlimlər;
Şəxsi inkişaf və menecment təlimləri;
Şamaxı rayonunda yerləşən turistik məkanlara səfərlər; ⠀⠀
Gün ərzində 3 dəfə qidalanma; ⠀
Tədris Mərkəzinin müasir tipli yataqxanasında gecələmək;⠀⠀⠀⠀⠀⠀
Tədris Mərkəzinin idman-sağlamlıq kompleksindən istifadə etmək;
Tədris Mərkəzində müxtəlif elektron avadanlıqlardan istifadə etmək;⠀
İntellektual və əyləncəli oyunlarda iştirak etmək;⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
İştirakçıların Bakıdan Şamaxıya aparılması və gətirilməsi; ⠀
24 saat mühafizə xidməti və s. ⠀

İştirak etmək istəyənlər ilkin olaraq onlayn qeydiyyatdan keçməli və  yaxud Tədris Mərkəzinin Bakıdakı ünvanına yaxınlaşa bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır