“AzerGold” QSC tələbələr arasında yazı müsabiqəsi elan edib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tələbələr arasında “Mənim təcrübə hekayəm” adlı yazı müsabiqəsi elan edib.

BBN.az xəbər verir ki, müsabiqədə “AzerGold” QSC-nin baş ofisində və Çovdar filiz emalı sahəsində təcrübə keçmiş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) və Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri iştirak edir.

Tələbələrin keçdiyi istehsalat təcrübəsini əhatə edən məqalələr “AzerGold” QSC-nin İnsan resurslarının idarəolunması və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Hər ali təhsil ocağından seçiləcək bir qalib, mükafatlandırma mərasimində pul mükafatları ilə təltif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır