Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Mətbuat Şurası gömrük xidmətində həyata keçirilən genişmiqyaslı islahatlar, əldə olunan nailiyyətlər, tətbiq edilən yeni texnologiyalar, qabaqcıl təcrübə, beynəlxalq əməkdaşlıq, gömrük-biznes əməkdaşlığı və digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə yazı müsabiqəsi elan edir.
BBN.az xəbər verir ki, “Azərbaycan Gömrüyü – bu gün və sabahın çağırışları” mövzusunda yazı müsabiqəsi 22 iyul – Milli Mətbuat Gününə həsr olunur.
Müsabiqə mükafatçılarının adları 22 iyul – Milli Mətbuat Günü ərəfəsində açıqlanacaq.
Qeyd edək ki, müsabiqənin şərtləri, mövzular və digər məlumatları keçiddən əldə edə bilərsiniz.