Yellen: “ABŞ iqtisadiyyatı ciddi bir əngəllə qarşı-qarşıya deyil”

FES-in rəhbəri Janet Yellen ABŞ iqtisadiyyatının qısamüddətli dövrdə ciddi bir əngəllə qarşı-qarşıya olmadığını bildirib. Uzunmüddətli dövrdə isə aşağı məhsuldarlıq və gəlir bərabərsizliyi problemləri yarana bilər.

“İşsizlik çox aşağı bir səviyyəyə geriləyib, məşğulluq bazarı çox güclüdür və əmək haqqı artımları sürətlənib. İnflyasiya çox aşağı bir səviyyədən yüksəlib və hədəfimiz olan 2%-ə yaxındır”-deyə Yellen bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır