Hakerlərin istifadəçilərin şifrələrini bilməsi ehtimalı çox yüksəkdir. Lakin indi Google-un yeni pulsuz əlavəsi vasitəsi ilə şifrələr daha təhlükəsiz olacaq.
Artıq Google Chrome istifadəçiləri müxtəlif web səhifələrə etdikləri girişi izləyən Şifrə Nəzarəti əlavəsini endirə biləcəklər. Beləki, əgər kimsə Google-un bildiyi istifadəçi adı və şifrə ilə daxil olarsa, dərhal istifadəçiyə xəbərdarlıq ediləcək.