Yeni sığorta növlərinin tətbiqi istiqamətində işlər gedir

“Strateji Yol Xəritələrində mövcud sığorta növlərinin inkişaf etdirilməsi ilə yanaşı, Azərbaycanda yeni sğorta növlərinin tətbiqi nəzərdə tutulur”.

Bu barədə jurnalistlərə Bakıda keçirilən Beynəlxalq Sığorta Konfransında iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib.

“4 prioritet istiqamət var ki, bunlar da Azərbaycan üçün yeni olan sığorta növləri – mikrosığorta, müştərək sığorta, icbari tibbi sığorta və kənd təsərrüfatı sığortası ilə bağlıdır. Bu istiqamətdə Nəzarət Palatası bazarın diaqnostikasını aparıb və ayrı-ayrı seqmentlər üzrə müvafiq addımlar atılır. Xüsusilə, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında önəmli yer tutan kənd təsərrüfatı sığortasına dair iş aparılır. Bu sığorta növünün qanunvericilik bazası hazırlanaraq hökumətə təqdim edilib. Düşünürük ki, həyata keçirilən ardıcıl tədbirlər sığorta sekforunun inkişafına təsir edəcək və bu sektorda yığımların artmasına səbəb olacaq” – deyə İ.Alışov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır