Moldovada dövlətə ödənilən vergilər və yığımlarla yanaşı, avqust ayından yeni vergi də tətbiq edilcək. Həmin ay qüvvəyə minəcək yeni qanunvericiliyə əsasən, müvəqqəti xarakter daşıyan gündəlik işləri yerinə yetirən fəhlələr üçün işəgötürən (sifarişçi) tərəfindən büdcəyə vəsait ödənilməlidir.
Moldovanın millət vəkili, parlamentin İqtisadiyyat, büdcə və maliyyə kommissiyasının üzvü Ştefan Kryanqe deyib: “Biz avqust ayına qədər hökumətdən Vergi Məcəlləsində dəyişikliklər aparmağı gözləyirik. İşəgötürən gündəlik əsasda çalışan işçilərin əməkhaqqına müvafiq olaraq müəyyən dərəcədə üzrə büdcəyə vəsait ödənilməlidir. İndiki vəziyyət belədir ki, sifarişçi günəmuzd işçinin xidmətindən istifadə edir, lakin bunun qarşılığı olaraq dövlətə heç bir vəsait ödəmir. Təklif edilən yenilik vergi inzibatçılığı üçün mühüm alət olacaq”.