Yeni xidmət növü vergi ödəyicilərinin istifadəsinə verilib

“Vergilər Qəzeti”nin xüsusi buraxılışında bildirilib ki, “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin  təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamın icrası məqsədilə ” Vergi ödəyicilərinin telefon vasitəsilə əlaqə yaradılaraq  Vergilər Nazirliyi kollegiyasının qərarı ilə təsdiq edilmiş və məlumatlandırılması (Outbound Call Centre) Qaydaları” hazırlanmış və nazirliyin internet saytında yerləşdirilmişdir.

Qaydalar zəng edilərək məlumatlandırılmalı olan vergi ödəyicilərinin müəyyən edilməsini,onlara uçotda olduqları vergi orqanı tərəfindən Vergilər Nazirliyinin Çağrı Mərkəzinə bağlı telefon xətti vasitəsilə zənglərin edilməsini, belə zənglərə nəzarət, nəticələrinin təhlili və qiymətləndirilməsi ilə əlaqədar görüləcək işləri tənzimləyir.

Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada şəffaf vergi patnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinə kuratorlar tərəfindən edilən, birbaşa fəaliyyəti ilə bağlı əlaqədar kordinasiya strukturları tərəfindən və şikayətlərə baxılması ilə əlaqədar zənglər istisna olmaqla , xidmət strukturlarının əməkdaşlarından başqa , vergi orqanının digər strukturlarının əməkdaşları tərəfindən vergi ödəyicilərinə zənglərin edilməsi qadağandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır