Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə ötən ay 23 314 müraciət qeydə alınıb. Ümumilikdə cari ilin 6 ayında bu e-xidmətdən 134 835 dəfə istifadə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,4 % çoxdur.
Qeyd edək ki, 2014-cü ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidmətinə 01 iyul 2017-ci il tarixinədək 587 706 dəfə müraciət olunub.