Yerli və xarici hasilat şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Respublikası Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın və Azərbaycanda fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.Görüşdə Vergilər Nazirliyinin, Energetika Nazirliyinin, Maliyyə Nazirliyinin, Statistika Komitəsinin, SOCAR-ın, BP-nin və digər şirkətlərin nümayəndələri iştirak edib.

HŞŞ üzrə Komissiya şirkətləri hasilat sənayesində şəffaflıq sahəsindəki yeni mərhələ barədə məlumatlandırmaq məqsədilə təqdimat edib.

Qeyd edək ki, görüş zamanı HSŞ üzrə Komissiyanın yerli və xarici hasilat şirkətləri ilə əməkdaşlığına dair razılaşma sənədi və digər məsələlər müzakirə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır