“Youtube” reklam qərarlarında vacib dəyişikliklər edib

Ötən günlərdə “Youtube” istifadəçilərinin pul qazanmaları üçün lazım olan şərtləri çətinləşdirən şirkət dünən reklam qanunlarında vacib dəyişikliklər etdiyini bildirib.

Müxtəlif dönəmlərdə Youtube`da uyğunsuz videoların artımı istifadəçiləri hüsursuz edirdi. Bu tərz videoların sayını azaltmaq üçün “Google” “Youtube”un “əlini gücləndirmək” üçün reklam qanunlarında dəyişiklik edib.

Belə ki, bundan sonra “Youtube” uyğunsuz video paylaşan kanalların reklam vermə haqqını əlindən ala biləcək. Bununla belə, həmçinin “Youtube” bu cür kanalların “daha tez tapıla bilinməsi” və “ön plana çıxarıla bilməsi” kimi özəlliklərini də ləğv edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır