2018-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi barədə məlumat açıqlanıb.
BBN.az Statistika Komitəsin istinadən xəbər verir ki, qeyd olunan dəhlizdə daşınmış yüklərin həcmi 25675,5 min ton, yük dövriyyəsi isə 5525,7 milyon ton-km olmuş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz və 2,6 faiz artım müşahidə olunub. Yüklərin 15932,1 min tonu və ya 62,1 faizi avtomobil nəqliyyatı, 6084,9 min tonu və ya 23,7 faizi dəmir yolu nəqliyyatı, 3658,5 min tonu və ya 14,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 19,3 faizini və ya 4947,2 min tonunu tranzit yüklər təşkil edib.