Yük avtomobillərinin sayında 100 %-lik artım var

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC baş direktoru Taleh Ziyadovun sözlərinə görə, Ticarət Limanı vasitəsilə yük avtomobillərinin dövriyyəsi artıb.

O bildirib ki, 2016-cı ildə 2015-ci illə müqayisədə yük avtomobillərinin sayında 100%-lik artım var. Belə ki, 23 minə yaxın yük avtomobili Türkiyə və Mərkəzi Asiyaya və geri göndərilib.

2017-ci ilin ilk 4 ayında isə hər iki istiqamətdə 10 000 yük avtomobili yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır