Yük daşınmaları 4%-dən çox artıb

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2017-ci ilin yanvar ayı ərzində 16,7 milyon ton yük və 141,4 milyon sərnişin daşınıb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 4,3 faiz, sərnişin daşınması isə 2,7 faiz artıb.

Yüklərin 57,1 faizi avtomobil, 31,3 faizi boru kəməri, 7,7 faizi dəmir yolu, 3,8 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.

Sərnişinlərin 87,0 faizi avtomobil, 12,8 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır