Yanvar-fevral aylarında yük daşınması 0,1% azalıb. Belə ki, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2018-ci ilin yanvar-fevral aylarında 32,3 milyon ton yük və 299,2 milyon sərnişin daşınıb.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,1% azalıb. Sərnişin daşınması isə 1,6 artıb.
Yüklərin 58,3 %-i avtomobil, 30,7 %-i boru kəməri, 6,6%-i dəmir yolu, 4,3%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb .
Qeyd edək ki, sərnişinlərin 87,6 %-i avtomobil, 12,2%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.