Yük və sərnişin daşınmasında artım qeydə alınıb

2018-ci ilin yanvar-mart ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 49,8 milyon ton yük və 454,9 milyon sərnişin daşınıb.

Bu göstərici 2017-cı ilin yanvar-mart aylarına nisbətən yük daşınması 0.7 % , sərnişin daşınması isə 1,5 % çoxalıb. Yüklərin 4,3 %-i dəniz, 6,4 %-i dəmir yolu, 0,1 %-i hava, 59,2 %-i avtomobil nəqliyyatı, 30,0 %-i isə boru kəməri ilə daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır